Gübrələr və onlardan istifadə




   Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır.

   Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır.
   Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.

   Əkinçilikdə üzvü, mineral, bakterial və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur.
   Üzvü gübrələrə peyin, peyin şirəsi, quş zılı, torf, müxtəlif bitki kompostları, şəhər təsərrüfatlarının üzvü tullantıları (çirkab suları, çirkab suların çöküntüləri, şəhər zibilləri), sapropel, yaşıl gübrə (sideratlar) aiddirlər. Üzvü gübrələrin təsiri 3-4 il və daha artıq müddətdə müsbət təsirini göstərir.
   Respublikanın bütün bölgələrində əsas üzvü gübrə peyindir. Peyin kənd təsərrüfatı heyvanlarının döşənəkli və döşənəksiz bərk və sulu ifrazat formasıdır. Peyinin tərkibində bitkiyə lazım olan bütün qida maddələri olduğu üçün onu tam gübrə adlandırmaq olar. Onun keyfiyyəti heyvanın növündən, yemin tərkibindən, döşənəyin keyfiyyət və kəmiyyətdən, yığılma və saxlanmasından asılıdır.
   Döşənəkli peyin - 25% quru, 75% su ilə təmin olunub. Orta hesabla belə peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% kalsium vardır.
   Peyin torpağa verildikdə torpaq mikroflorası faydalı bakteriya qrupları ilə zənginləşir.
   Atların və qoyunların peyinində mikrobioloji proseslərin tez getməsi nəticəsində üzvü maddələrin parçalanması nəticəsində yüksək miqdarda istilik alınır. Atlara nisbətən iri buynuzlu malların peyini daha nəm olduğu üçün onda parçalanma gec gedir.
   Peyinin saxlanması üsulu onun keyfiyyətini təyin edir. Əgər peyin boş yığılarsa ora çoxlu hava daxil olduğu üçün o tez parçalanır, çoxlu azot və üzvü maddələr itirir. Belə saxlanma üsul isti üsul adlanır.
   Əgər peyin iri tığlarla və kip yığılmışdırsa (eni 3-4 m, hündürlüyü 1,5 m ) onda peyinə hava daxil olması çətinləşir. Bu halda peyinin parçalanması tədricən gedir, azot və üzvü maddə itkisi az olur. Peyinin soyuq saxlaması üsulu daha səmərəlidir, bu təsərrüfatlarda geniş tətbiq olunur.
   Parçalanma dərəcəsinə görə peyin təzə, zəif parçalanmış, yaryanmış, çox yanmış və çürümüş olur.

    Təzə peyin heyvandarlıq binalarından götürülür. Onu dərhal torpağa vermək olmaz, çünki, əks halda sahələrdə alaq otlar bitər və heyvanların epidemik xəstəlik törədiciləri geniş yayıla bilər. Onu peyin anbarına və ya sahələrə daşıyaraq iri tığlar şəklində yığırlar. İki və ya iki ay yarımdan sonra təzə peyin zəif parçalanmış olur. Onun tərkibindəki küləş öz rəngini və möhkəmliyini qismən saxlayır. Belə peyindən müxtəlif kompostların hazırlanmasında istifadə olunur. Tığda 3-4 ay müddətində kip şəkildə saxlandıqdan sonra yarımyanmış peyin alınır. Onun tərkibindəki samanın rəngi tünd qəhvəyi rəngli olub asanlıqla parçalanır. Belə peyinin çəkisi ilk çəkisinə nisbətən 15-30 % az olur: onun əsas əkini altına verirlər.
   Çox yanmış peyin qara rəngli,azca rütubətli, bircinsli kütlədir. Küləşin ayrı-ayrı hissələri tamamilə parçalanmışdır və bir-birindən seçilmirlər. İlk çəkisinə nisbətən itkisi 50 %-dir. Belə peyin, əgər payızda əsas gübrə verilməyibsə yazda müxtəlif bitkilər altında verilə bilər.
   Peyin uzun müddət saxlandıqdan sonra (bəzən bir neçə il müddətinə) çürümüş peyin alınır. O yumşaq, tökülən bircinsli kütlə olub, tünd rəngli, ilk çəkisini 75 %-ə qədərini itirmiş olur.
   Çürümüş peyinin tərkibindəki qiymətli üzvü maddələrin və azotun (20-25 %) xeyli hissəsi itmiş olur. Quru vəziyyətdə onun tərkibində 12 %, su və 88 % quru maddə vardır ki, onda azot 1,5 %; P2O5 -0,7-1,6%; K2O-1,5-2,8% arasında olur. Çürümüş peyindən bakterial və mikrogübrələr hazırlanaraq səpinlə birlikdə tətbiq olunması üçün istifadə olunur.
   Torpağa verildikdən sonra o növbəli əkində 4-5 il müddətində, yüksək dozalarda istifadə olunduqda isə xüsusilə gilli tornaqlarda 7 ilədək təsir göstərir.

   Torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün mineral gübrələrdən istifadə etmək lazım gəlir. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
    Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineralgübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium,maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdəbitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər.
   Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələri əkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onırn bioloji dəyərinin aşağı düşməsinə səbəb olur.
   Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir.
   Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir
    Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur
   Ammonyak şorası — azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir.Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralıda saxlamaq lazımdır.
   Sidik cövhəri — azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əksərən əlavə yemləmələrdə istifadə edilir, yaxşı olar ki, quru yerdə saxlanılsın.
   Kənd təsərrüfatında tətbiq olunan fosfor gübrələri, əsasən bitki tərəfindən asan mənimsənilən, suda həll olan növlərdən ibarətdir. Bura superfosfat və ikiqat superfosfat, həmçinin mürəkkəb gübrələr - ammofos, diammofos, nitroammofoska, karboammofoska daxildir.
    Dənəvərləşdirilmiş ikiqat superfosfat — fosfor gübrəsidir, tərkibində 42-50% fosfor elementi var, isti suda daha yaxşı həll olur, çöküntü verir, saxlama zamanı yapıxmır, payızda, yaxud erkənyazda əsas yemləmədə (səpmə və əkmə zamanı cızlara və çalalara) istifadə olunur, əlavə yemləmələrdə nadir hallarda işlədilir.
   Presipitat — fosfor gübrəsidir, tərkibində 38% fosfor elementi vardır, suda həll olmur, payızdan torpağı əsas gübrələmə üçün istifadə edilir; yaxşı saxlanılır.
   Fosfor mühüm biogen elementlərə aiddir. Canlı orqanizmlərin fosfora olan tələbatı azotdan təxminən 10 dəfə az olmasına baxmayaraq, o, bitki üçün yalnız qidalanma mənbəyi deyil, həmçinin enerji mübadiləsində və artım prosesində əsas rol oynayır
   Tam yararlı məhsul alınmasına əlverişli şərait yaratmaq üçün torpaqda kifayət qədər mənimsənilən fosfor olmalıdır.
   Lakin bununla yanaşı, fosfor gübrələri ilə birlikdə torpağa çoxl sayda torpaq mühitində az hərəkətdə olan toksik elementlər də daxil olur. Superfosfat tərkibində daha çoxlu miqdarda çirkləndirici maddələr olması ilə fərqlənir .
   Bundan başqa fosfor gübrələrinin tərkibində ftor toksik birləşmələri də olur. Gübrə kimi istifadə olunan fosforun xeyli hissəsi torpaqda qalır, belə ki, torpaqda olan Ca, Al və Fe-la birləşir. Aparılan tədqiqatlar təbii fosfatların tərkibində radioaktiv elementlərin (uran, radium) olmasını təsdiq edir.

    Ən çox yayılan kalium gübrələrinə kalium-xlorid, kalium-sulfat, təbii kalium duzu xammalı (əsasən silvinit) və b. aiddir. Bu gübrələr həmçinin ətraf- təbii mühitə mənfi təsir göstərir.
    Kalium gübrələrin tərkibində ballast elementləri (Cl, Na) də olur, yüksək dozada sistematik gübrələmə apardıqda onlar torpaqda toplanaraq onun münbitliyini aşağı salır.
    Kalium gübrələrinin tərkibində olan metallar (Cd, Hg, Pb,Al) canlı orqanizmlərdə toplana və qrunt sularına daxil ola bilərlər.
    Kaliumun yuyulması su rejimi tipindən, torpağın qranulometrik tərkibindən, tərkibindəki humusun və kalium ehtiyatının miqdarından asılıdır. Kaliumun və digər qida elementlərinin itirilmə miqdarına, həmçinin bitki örtüyünün mövcudluğu, aqrotexniki qaydalara riayət olunması, suvarma norması, torpağın turşuluğu və yerin relyefi təsir göstərir.
    Kaliumun çox itməsinin, səth və qrunt sularının çirklənməsinin qarşısını almaq üçün kalium gübrələri torpağın əsas becərilməsinin (şumun) altına verilməlidir.
    Kalium-sulfat — ən yaxşı kalium gübrəsidir, tərkibində 45-50% kalium elementi vardır, suda yaxşı həll olur və saxlanılır. Şitilliklərdə torpağın əsas hazırlanmasında, şitil qarışıqlarında və əlavə yemləmələrdə istifadə olunur. Əlavə olaraq, tərkibində 18% kükürd vardır.
   
Həmçinin mineral gübrələrin qarışığından ibarət gübrələrdən də geniş istifadə olunur.
    Maqnezium-sulfat — maqnezium gübrəsidir, tərkibində 10% maqnezium elementi var, suda yaxşı həll olur və saxlanılır, torpağın əsas yaz hazırlanması, şitillik və istixana torpaqlarının hazırlanması zamanı vəəlavə yemləmələrdə işlədilir. Əlavə olaraq, tərkibində 13% kükürd vardır.
    Kasium şorası — kalsium gübrəsidir, tərkibində 22% kalsium elementi var, suda yaxşı həll olur, yalnız quru yerdə örtülü qablarda saxlanmalıdır, əlavə yemləmələrdə istifadə edilir. Tərkibində, əlavəolaraq, 15% azot vardır.
   Kalium şorası — kalium-azot gübrəsidir, tərkibində 38% kalium və 13% azot vardır, suda yaxşı həll olur, saxlanır, istixanalarda bitkilərin əlavə yemləndirilməsindən ötrü ən yaxşı gübrədir.
    Kalimaqneziya — kalium-maqnezium gübrəsidir, tərkibində 26-28%» kalium və 16% maqnezium vardır, çöküntü ilə həll olunur, əsas hazırlanmalarda və əlavə yemləndirmələrdə istifadə edilir.
   Nitrofoska — tərkibində 11%» azot, 10% fosfor, 1 P/o kalium vardır. Yaxşı saxlanır, suda həll edildikdə fosfor birləşməsi şəklində çöküntü əmələ gətirir, çox vaxt bitkilərə ləng təsir etdiyi üçün əsasən əsas hazırlamalarda, az hallarda əlavə yemləmələrdə istifadə olunur.
   Ammofos — fosfor-azot gübrəsidir, tərkibində 39% fosfor və 18% azot vardır, suda yaxşı həll olur, saxlanır, əsas hazırlamalarda bütün bitkilərin altına verilir, istixanalarda tez-tez istifadə edilir. Fosfor çatışmazlığıböyük olduqda əlavə yemləmələrdə də istifadə edilir.
   Rastvorinlər — tərkibində 10%-dən 20%-dək azot, 5%-dən 40%-dək fosfor, 6%-dən 20%-dək kalium olan mürəkkəb gübrələrdir. Rastvorinin bir növünün tərkibində 6% maqnezium vardır. Yaxşı saxlanır və suda tamhəll olurlar. Bitkilərə tez təsir göstərdiyi üçün yalnız əlavə yemləmələrdə istifadə edilməsi məsləhətdir.

   Gübrə sistemində üzvi gübrələr mühüm əhəmiyyət kəsb edir. Lakin yüksək məhsuldar torpaq yaratmaq yalnız üzvi gübrələrin hesabına mümkün deyildir. Təsərrüfatda kifayət qədər üzvi gübrələrdən istifadə edildikdə torpaqda humusun balansı müsbət ola bilər. Lakin mineral gübrələrdən istifadə etmədən torpaqda fosfor və kaliumun balansmı təmin etmək qeyri-mümkündür.

   Üzvi və mineral gübrələrin bitkiyə və torpağa təsiri müxtəlifdir. Mineral gübrələrdən (xüsusilə azot, qismən kalium gübrələri) qida maddələri bitkilər tərəfindən gübrə veriləndən sonra demək olar ki, dərhal maksimum, üzvi gübrələrdən isə üzvi maddələrin minerallaşması prosesində tədricən istifadə olunur. Odur ki, lazım gəldikdə bitkinin qidalanması üçün mineral gübrə verilməlidir. Əgər mineral gübrələr, əsasən torpağın qida rejimini yaxşılaşdırırsa, üzvi maddələr isə bununla yanaşı, həm də torpağı humusla zənginləşdirir, onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır, torpaq mikroflorasının aktivliyini artırır. Üzvi və mineral gübrələrin birlikdə verilməsi, onların eyni miqdarda ayrılıqda verilməsi ilə müqayisədə öz müsbət təsirinə görə daha effektli nəticə əldə olunur.

   Əkin sahələri üçün gübrələmə sistemi tətbiq etdikdə, əkin dövriyyəsində ayrı-ayrı bitkilər üçün və mineral gübrələrin dozasını, verilmə müddətini və üsullarını düzgün müəyyən etmək olduqca mühüm məsələdir.
   Verilmə vaxtına görə səpindən əvvəl, səpin vaxtı (cərgələrə, yuvalara) və səpindən sonra (əlavə gübrə) gübrələmə tətbiq edilir.
   Səpindən əvvəl gübrələr, bir qayda olaraq, dərin şum altına verilir. Onlar bütün vegetasiya dövründə, xüsusən bitkilər intensiv böyüyən, inkişaf edən və ən çox qida elementləri sərf edən dövrdə bitkilərin qidalanmasını təmin etmək üçündür. Buna görə səpindən əvvəl gübrələməyə əsas gübrələmə deyilir. Kotanla basdırılan gübrə torpağın dərin, daha çox rütubətli qatına düşür və buna görə bitkilər ondan demək olar ki, bütün vegetasiya dövründə səmərəli istifadə edir. Səpindən əvvəl gübrələr, torpağın becərilmə sistemindən aılı olaraq, müxtəlif vaxtlarda verilə bilər. Əgər torpaq payızda dərin becərilib yazda yalnız səpinqabağı kultivasiya edilərsə, gübrələr dondurma şum altına verilir.
   Səpin vaxtı gübrələrin cərgələrə və ya çalacıqlara verilməsi əsasən bitkiləri inkişafın ilk dövründə qida ilə təmin etmək üçündür. Buna görə bu üsulla gübrələr kiçik doza ilə verilir. Bitkilər ilk inkişaf fazasmda əlverişli olmayan şəraitə, о cümlədən qida elementlərinin çatışmazlığına xüsusilə çox həssas olurlar. Səpin vaxtı gübrələrin kiçik dozasının cərgələrə və ya çalacıqlara verilməsi cavan bitkilərin qidalanması üçün əlverişli şərait yaradır; bunun nəticəsində bitkilər sürətlə inkişaf edir və əlverişli olmayan şəraitə, məsələn, rütubətin müvəqqəti çatışmazlığına, ziyanvericilər və xəstəliklərdən zədələnməyə dözümlü olur, həm də, sonra alaq otları ilə asanlıqla mübarizə apara bilirlər.
   Yüksək məhsul götürmək və onun keyfiyyətini yaxşılaşdırmaq işində əlavə gübrələnməyin (səpindən sonra) böyük əhəmiyyəti var. Bu üsul bitkilərin inkişafının müəyyən dövründə onların qidalanmasını gücləndirməyə imkan verir.
   Gübrələrdən istifadə müsbət effekti ilə yanaşı ekoloji problemlər də yaradır. İçməli suda və ya ərzaq məhsulunda nitratların konsentrasiyası təyin ohmmuş normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir
   Hər bir təsərrüfatçı gübrələrdən daha yaxşı və necə istifadə etməyə nail olmaq üçün (gübrələrin suvarma suyu ilə verilməsi və s.) müəyyən təcrübə toplamalı və yeni mütərəqqi üsullardan istifadə etməlidir.