Suvarma kanallarının saxlanılması və təmiri

Suvarılan əkin sahələrinin artırilması ilə yanaşı mövcud sahələrdən səmərəli istifadə edilməsi və onların meliorasiya vəziyyətinin durmadan yaxşılaşdırılması əsas məsələlərdən biridir Belə ki, hər hektar suvarılan sahədən yüksək məhsul götürülməsi birinci növbədə həmin sahənin meliorasiya vəziyyətindən asılıdır.

Respublikamızda su təsərrüfatı işlərinin geniş miqyasda inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Böyük magistral kanallar çəkilir, süni göllər yaradılır, mövcud suvarma sistemlərinin yenidən qurulması və meliorasiya vəziyyətinin yaxşılaşdırılması kimi böyük işlər görülür


Suvarma sistemlərini daim saz vəziyyətdə saxlamaq vaxtında qulluq və texniki xidmət işlərini həyata keçirmək lazımdır
;Vaxt keçdikcə açıq suvarma və qurutma kanalları deformasiyaya uğrayır, öz forma və ölçülərini dəyişir, onların dərinliyi xeyli azalır. Həm suvarma, həm də qurutma kanallarında deformasiya təbii və süni səbəblər nəticəsində baş verir. Təbii səbəblər dedikdə kanalın müxtəlif təbii amillər (qruntun çöküntü verməsi, alaq basması, küləyin, yağışın təsiri və s.) üzündən dağılması nəzərdə tutulut. Süni səbəblər – kanalların layihəsində və tikintisində buraxılan çatışmazlıqlarla, kanala heyvan sürüllərinin, maşın və adamların təsiri (tapdalanma) ilə əlaqədardır.
Açıq suvarma və qurutma kanallarında aşağıdakı deformasiya növlərinə rast gəlinir: lillənmə; yuyulub dağılma; yamacların sürüşməsi və dağılması nəticəsində lillənmə; kanal səthinin alaq otları ilə örtülməsi. Kanallarda baş verən deformasiyalara dair məlumatlar en kəsik ölçülərinin dəyişilməsini təyin edilməsi əsasında müəyyənləşdirilir. Kanalın en kəsik ölçülərinin müxtəlif qruntlarda və müxtəlif dövrlərdə öyrənilməsi göstərir ki, mineral qruntlarda çəkilən magistral kanallar elə birinci il xeyli deformasiyaya məruz qalırr. Kanal birinci il öz layihə dərinliyinin 15%-ə qədərini itirir. Onu layihə ölçüsünə qartarmaq üçün kanalın əvvəlki həcminin 12%-i qədər torpaq işi görülməsi tələb olunur. Təcrübələr göstərir ki, deformasiyaya uğramış kanal öz əvvəlki trpesiyavarivari formasını dəyişərək parabola formasını alır və bu cür forma uzun illər dəyişmədən qalır. Yüngül və ağır qruntlarda deformasiyadan sonra əmələ gələn parabola formasındakı en kəsik xeyli dayanıqlı olur.
Şübhəsiz ki, en kəsik ölçülərinin dəyişilməsi kanalın növündən onun layihə ölçülərindən və qruntun fiziki-mexaniki xassələrindən asılıdır. Qumsal qruntda çəkilmiş kanal müxtəlif səbəblər üzündən əvvəlki dərinliyinin 30-50 faizə qədərini azaldır.
Müxtəlif qruntlarda çəkilmiş kanalların dərinliyinin xeyli azalması və üstən evinin müəyyən qədər artması kanalın daxili səthini alaq otlarının basması üçün əlverişli şərait yaranması deməkdir.
Müxtəlif qruntlarda çəkilmiş müxtəlif ölçülü kanalların deformasiyasına dair ayrı-ayrı tədqiqatçıların verdikləri məlumatların təhlili göstərir ki, kanallarda baş verən hər cür deformasiya nəticədə kanalın dərinliyinin azalmasına gətirib çıxarır. İstismar zanamı kanalın dərinliyi azalır, onun üstdən eni isə artır və yaxud dəyişilməyərək qalır.
Kanalın suburaxma qabiliyyətini bərpa etmək üçün layihə ölçüsü əsasında kanalın dibinin dərinləşdirilməsi tələb olunur. Kanalın dibinin dərinləşdirilməsi müəyyən düvr ərzində bərkiyərək dayanıqlı forma almış yamacların saxlanılmasına və kanal təmizləmə işinin xeyli azalmasına imkan verir.
Məlumdur ki, bir çox az dayanıqlı qruntlarda kanalın en kəsiyinin müxtəlif növ deformasiyalara qarşı davamlığını artırmaq üçün onun yamaclarına çoxillik otlar səpirlər. Otların kökləri yamaclara lazımi dayanıqlıq verir və onları müxtəlif təbii və süni səbəblərin təsirindən, dağılmaqdan qoruyur. Alaq otlarının cücərib qalxan gövdə hissəsi vaxtaşırı olaraq biçilməlidir ki, kanalın normal işi pozulmasın.

Suvarma sistemlərində su itkisinə qarşı görülən hər cür tədbir, xüsusilə Azərbaycanda böyük əhəmiyyətə malikdir. Ona görə ki, respublikada əkin suyuna olan təlabat olduqca böyükdür. Suvarma sistemlərində su itkisi kanalın dibi və divarlarından suyun sızması, açıq səthdən buraxılması və kanala su vermənin düzgün təşkil edilməməsi (lazımsız olaraq su buraxılması, boşuna axmalar və s.), nəzarətin zəif olması (kanal lilləndikdə və alaq otu basdıqda və s.) nəticəsində baş verir.
Buxarlanma yolu ilə su itkisi ümumi itkinin 1,5 – 2%-ni təşkil edir. Suyun kanalın içəri səthində sızması və istismarı ilə əlaqədar olan itkilər əsas itkilər hesab edilir. Su itkiləri suvarma imkanlarına mənfi təsir göstərməklə yanaşı suvarılan sahələrdə qrunt sularının səviyyəsinin yuxarı qalxmasına və sahələrin meliorasiya vəziyyətinin pisləşməsinə (şoranlaşmaya) səbəb olur.
Su itkisinə qarşı görülən ən mühüm tədbirlər istismar itkilərinin miqdarını minimuma endirməkdən ibarətdir.

Bunlardan əlavə suvarma kanallarında su itkisinə qarşı görülən xüsusi tədbirlər kanalın içəri səthinə xüsusi materiallardan (beton, asfalt-beton, bitum, xüsusi gil və s.) örtük təbəqəsinin çəkilməsi, kanalların içəri səthi və damba qruntunun sıxlaşdırılması və s. mövcuddur.
Kanallar istifadəyə verildikdə ölçülərinin düzgünlüyü (layihədə nəzərdə tutulanlara uyğunluğu) və görüləsi bütün işlərin təmamilə başa çatması yoxlanmalıdır.
Hər bir kanal üçün texniki pasport tərtib olunur və hər il həmin pasportda kanalın təmiri, təmizlənmə işlərinin həcmi və digər nöqsanlar haqqında məlumatlar yazılır. Kanalların istismarı ilə məşğul olan idarə və təsərrüfatlar kanallara daim nəzarət edirlər.
İstifadəyə təzə verilmiş kanalda (birinci il) suyun səviyyəsinin çox yüksəldilməsinə yol verilməməlidir. Təzə və həmçinin köhnə kanallarda suyun maksimum və minumum səviyyəsi layihədə nəzərdə tutulan həddi keçməməlidir. Kollektor – drenaj şəbəkəsi kanalları qrunt sularının səviyyəsini aşağı salmaq və onları axıtmaq üçün nəzərdə tutulduğundan, bu kanallara artıq sular axdıqda onlar tez dolur və kollektor – drenaj şəbəkəsinin işi təmamilə pozulur. Odur ki, başqa suların, qruntun, alaq otları qalıqlarının və kənar zibillərin kanala tökülərək suyun səviyyəsini qaldırmasına yol verilməməlidir.
Təsərrüfatdaxili kanallardan qış vaxtı torpağın arası, kəndlərin və heyvandarlıq fermalarının su ilə təmin edilməsində də istifadə olunur. Odur ki, kanallara qış aylarında da ciddi nəzarət edilməlidir.
Kanalları saz və işə yararlı vəziyyətdə saxlamaq üçün onları vaxtlı vaxtında təmir etmək lazımdır.
Suvarma və qurutma kanallarının təmizlənməsi şəraiti onların qazılma şəraitindən kəskin surətdə fərqlənir. Kanaltəmizləmə işlərində mexanikləşdirmənin tətbiqi, təmizlənəcək kanalın növü və hər bir metrindən çıxarılacaq torpaqın həcmi ilə əlaqədardır. Qruntun mexaniki tərkibindən, nəmlik dərəcəsindən, ölçülərindən asılı olaraq kanalların deformasiyası və lil qatının qalınlığı müxtəlif olur.
Böyük kanalların təmizlənməsində draqlayn tipli birçalovlu ekskavatorlar və torpaqsoran qurğular ona görə geniş istifadə edilir ki, bu kanalların dibinə yığılan qrunt qatının həcmi xırda və orta kanallara nisbətən çox olur. Xırda kanallar dağınıq və 1 metrinə düşən təmizləmə işi həcmcə az olduğundan ekskavatorlardan, torpaqsoran qurğulardan və digər iri ölçülü maşınlardan istifadə etmək mümkün olmur. Ona görə də bu cür kanalların təmizlənməsi üçün az güclü, daha yüngül və məhsuldarlığı çox olan maşınlar tətbiq olunmalıdır.
Kanalların təmizlənməsini çətinləşdirən əsas səbəblərdən biri də maşınların hərəkəti üçün yol şəraitinin pis olmasıdır. Kanalların kənarlarında əkilmiş ağaclar da kanalların təmizlənməsində istifadə olunan maşınlarınHidrotexniki qurğular, körpülər və kanalların mərkəzi yollardan və yaşayış məntəqələrindən uzaqlıqda olması və sair mexanikləşdirmənin tətbiqini çətinləşdirir.