Torpaq haqqında anlayış

   Meliorasiya elminə diqqətlə yanaşanda onun torpaqşünaslıq elminin ən mürəkkəb hissəsinə mənsubliğu aydın olur. Torpaqşünaslıq elminin banisi V.V.Dokuçayev 1886-cı ildə ilk dəfə torpağa ilk elmi tərif vermişdir. Onun ifadəsinə görə,”Yer kürəsinin məhsuldar, xüsusilə yumşaq, səthi yerlərinə, yəni bitkilərin məhsul verdiyi yerlərə” torpaq deyilir. O müəyyən etmişdir ki, yer səthindəki bütün torpaqlar “yerli iqlimin, bitki və heyvan orqanizmlərinin, ana dağ süxurların tərkib və quruluşunun, ərazinin relyefinin və nəhayət, ölkənin yaşının olduqca mürəkkəb qarşılıqlı təsiri” nəticəsində yaranmışdır.


   V.V.Dokuçayev torpağa tərif verdikdə torpağın bitkilər ilə sıx əlaqəsi və qarşılıqlı təsiri haqda məlumat vermişdir. Bu məsələni P.A.Koctıçev həll etmşidir. P.A.Koctıçevə görə, bitkinin kökləri yerləşən dərinliyə qədər Yerin üst təbəqəsinə torpaq deyilir və torpaqşünaslığın əsas vəzifəsi “Torpağın xüsusiyyətini və onun bitki həyatına olan münasibətini öyrənməkdən ibarətdir”.

   Torpaq haqda V.P.Vilyams da söz demişdir. Ona görə, torpaq barədə danışanda “Bitkilərə qidavermə qabiliyyəti olan Yer kürəsinin yumşaq üst qatı” nəzərdə tutulur.


   Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik - torpağı dağ süxurundan fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir. Çürüntü çox olan torpaqlar münbit torpaqlardır. Qum çox olan torpaqlar qumlu, qumsal, gil çox olan torpaqlar isə gilli torpaqlar adlanır. Münbit torpaq qatı uzun illər ərzində ona, müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Belə ki, meşələrin qırılması, çəmənlikİərin düzgün istifadə edilməməsi torpağın aşınmasma, yəni onun münbit qatının su və külək vasitəsilə yuyulub aparılmasına səbəb olur.


   Torpaq tərkibinə görə mürəkkəbdir. Torpaq ümumiyyətlə, bərk (mineral və üzvi hissə), maye (torpaq məhlulu) və qazvari (torpaq havası) olmaqıla üç fazadan və canlı orqanizmlərdən ibarətdir. Torpağın bərk fazası ən çox (90%) mineral hissəciklərdən və az hissəsi canlı orqanizmlə birlikdə üzvi maddələrdən ibarətdir. Bu faza torpağın mexaniki, mikroaqrqat və struktur tərkibinə mənsubdur. Torpağın maye fazası sudan təşkil olunur və çox az miqdarada üzvi maddələrdən ibarətdir. Qaz fazasının tərkibində su buxarı, bir qədər CO2, NO3 və başqa qazlar da mövcuddur.

   Torpağın morfologiyası onun inkişafını və daxili xüsusiyyətlərini əks etdirir və torpaq sahəsində qazılan dərin şurflarda öyrənilir. Belə şurfların divarında genetik torpaq təbəqələrini görmək olar. Qruntlarının, horizontlarının diferensiyası torpağın rənginin humusla və ya torpaqdan axan digər maddələrlə dəyişməsilə əlaqədardır. Torpağın genetik təbəqələrin əmələ gəlməsi torpaqda kolloudlərin dəyişməsi və paylanması ilə əlaqədardır. Torpaqların ən əsas morfoloji əlaməti onların rəng şəfəqlənməsidir. Bu xüsusiyyət torpağın əsasən quruluşu ilə əlaqədardır. Torpağın strukturluğu onun əsas morfoloji əlamətidir. Torpağın strukturu deyəndə onun bərk fazasının mikroaqreqat quruluşu nəzərdə tutulur. Torpağın aqreqatlara ayrılmaq, parçalanmaq qabiliyyəti strukturluğu, müxtəlif ölçülü, forma və keyfiyyət tərkibli aqreqatların məcmusu isə torpağın strukturu adlanır. Torpağın xüsusiyyəti, onun əmələgəlmə prosesindən, tərkib və quruluşundan asılıdır. Torpağın fiziki-kimyəvi xüsusiyyətləri ümumiyyətlə, bərk və maye fazaları arasında əmələ gələn kimyəvi proseslər üzrə müəyyən edilir. Torpağın fiziki xassələri-əsas və funksional hissələrə bölünür. Əsas xüsusiyyətləri torpağın həcm və xüsusi çəkisindən, məsaməlikdən, plastiklikdən, yapışqanliqdan, sıxliqdan və yetişmədən; funksional xassələr isə su,hava və istilik xüsusiyyətlərindən ibarətdir. Torpaqdakı duzların çoxu bitkilərin qidalanması üçün xeyirlidir. Torpağın su ekstraktında həll olunan duzların miqdarı çox olduqda onun konsentrasiyası bitkilər üçün zərərli dərəcəyə çatır və əkinçilik üçün yaramır. Şorlaşma nəticəsində bitkinin su rejimi pozulur, nəticədə bitki mineral maddələri sora bilmir. Şorlaşmış torpaqlarda əkiləcək bitkilərin duzlaral müqavimətini daha da artırmaq üçün toxumları səpindən qabaq gübrə məhlullarında islatmaq və ya yarovizasiya əməliyyatı keçirmək məsləhətdir.


   Azərbaycan dünyanın qədim əkinçilik rayonlarından və insanların məskunlaşdığı ərazilərindən biridir. Ölkəmizin ümumi torpaq fondu 8641,5 min hektar təşkil edir ki, onun 4756,5 min hektarı və yaxud 55 faizi kənd təsərrüfatına yararlıdır. Ümumi ərazinin 1432,7 min hektarı suvarılan torpaqlardır. 3200 min hektarı suvarıla biləndir. Torpaq balansı üzrə kənd təsərrüfatına yararlı sahənin 1808,4 min hektarı əkin yeridir. Bu sahədən 181,6 min hektarı işğal altındadır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 224,7 min hektarı çoxillik əkmələr, 117,6 min hektarı biçənəklər, 2560,0 min hektarı örüşlər, 45,7 min hektarı isə dincə qoyulmuş sahələrdir. Ölkə üzrə həyətyanı sahələr 258,1 min hektar (ondan 227,6 min hektarı kənd təsərrüfatına yararlı), meşə sahələri isə 1038,8 min hektar təşkil edir. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini təşkil etsə də ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlardan götürülür.

    Azərbaycan ərazisi Zaqafqaziyanin şərq və qismən orta hissəsini tutur. Buraya Böyük Qafqaz sıra dağlarının şimali-şərq, cənub və cənuri-şərq hissəsi, cənubda isə Naxçıvan Muxtar Respublikası daxildir. Bu iki sira dağların arasında Kür-Araz ovalığı yerləşmişdir. Kür-Araz ovalığının şərq sərhəddi Xəzər dənizindən ibarətdir. Azərbaycanın cənub hissəsini Talış dağları təşkil edir,ərazinin başlıca hissəsi dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Dəniz səviyəsindən yükcəkdə olan hissə bütün ərazinin 70%-ni təşkil edir.

   Azərbaycanında suvarılan torpaqlar əsas etibarı ilə Kür və Araz çayları ətrafındakı zonadadır. Bu zona üç masivə bölünür:
1.Mingəçevirdən aşağıdakı Şirvan, Qarabağ, Mil-Muğan və Salyan çöllərindən ibarət olmaqla şərq istiqamətdə yerləşən Kür-Araz düzənliyi;
2. Mingəçevirdən yuxarı hissədə yerləşən Gəncə-Qazax massivi;
3.Araz çayının hövzəsində yerləşən Naxçıvan düzənliyi;


    Azərbaycanın ərazisi Türkmənistanda olduğu kumi löss torpaqlarından, ikincisi isə allüvial törəmədən əmələ gələn boz torpaqlardan ibardir. Löss torpaqlar zonasına; Muğan düzünün ən cənub tərəfi, Talış dağlarının ətəkləri, Mil düzünün çox hissəsi Kiçik Qafqaz dağlarının ətəkləri və Tərtər çayının hövzəsinə mənsub olan yerlər, bütün Gəncə və Qazax massivləri daxıldir. Allüvial boz torpaqlar itər Kür-Araz düzənliyində, istərsədə respublikanın digər düzənliklərində axan çayların və onların qollarının sahilləri boyunca yayəlmışdır. Həmçinin, qurumuş çayların köhnə ytaqlarında da belə torpaqlara təsadüf edilir. Allüvial torpaqlar demək olar ki, struktursuz, yumşaq, çox az hallarda bərkimiş olur. Belə torpaqların üst qatlarında 2% humus maddələri vardır. Allüvial torpaqların çox hissəsi müəyyən dərəcədə şorlaşmışdır.(Kür çayı boyunca Qarabağ və Şirvan bozqırlarında təsadür edilir.)


   Torpağın əsas əsas xüsusiyyət və keyfiyyət əlaməti onu məhsuldarlığıdır. Torpağın həyatında böyük rol oynayan, onun mövcudluğunu, ehtiyacını ödəyən amillər su və qidadan ibarətdir. Torpağın tərkibində su çox olduqda qrunt sularının səviyyəsi qalxır, bataqlığa çevrilir, torpaqda aerasiya prosesi pozulur, şoranlaşır, əkin üçün yararsız olur, torpağın meliorativ vəziyyəti xarablaşır. Respublikamızın bəzi düzənlik rayonlarında torpağın tərkibində duzların miqdarı həddindən çoxdur. Həmin duzlar mədəni bitkilər tərəfindən ınənimsənilir və bitkiyə mənfi təsir göstərir. Belə sahələr əkin üçün yararsızdır. Şoran torpaqları yararlı hala salmaq üçün geniş meliorasiya işləri (fiziki, kimyəvi, bioloji və hidrotexniki meliorasiya) görülür.


   Kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaq əvəzedilməzdir; torpaq məhduddur, yəni onu böyütmək, çoxaltmaq, artırmaq olmaz; torpağın yerini dəyişmək olmaz; torpağa məxsus xüsusiyyət yalnız onun münbitliyidir. Torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artirmaq üçün torpaq rejimləri (temperatur, su-hava, qida,duz, fiziki-kimyəvi, biokimyəvi və oksidləşmə-reduksiya) onların tələblərinə uyğun olaraq tənzimlənməlidir. Odur ki, bütün bunlar torpaq resurslarına son dərəcə diqqətli yanaşmağı və daim torpaqların münbitliyinin artırılması qayğısına qalmağı tələb edir.