TERMIN VƏ TƏRİFLƏR

AXININ SƏRFİ — Axının canlı en kəsik sahəsindən bir saniyədə keçən suyun miqdarına deyilir; ( m3 və ya l/san)

AXININ HƏCMİ — Axının canlı canlı en kəsik sahəsindən müəyyən müddətdə (saat, gün, ay, il ) keçən suyun miqdarına deyilir; ( m3 və ya km3)

HİDROTEXNİKA — Mühəndis qurğuları və tədbirlərinin köməyi ilə su ehtiyatlarinin qorunması, istifadəsi və suyun zərərli təsirindən qorunma məsələlərini həll edən elm və texnikanin sahəsidir;

HİDROTEXNİKİ QURĞU ( HTQ ) — Su ehtytatlarinin qorunması, istifadəsi və suların zərərli təsirlərinin qarşısının alınması üçün tikilən mühəndis qurğularıdır;

HİDROTEXNİKİ QURĞUNUN ƏRAZİSİ — Azərbaycan Respublikasi qanunvericiliyinə uyğun olaraq HTQ-ni əhatə edən torpaq cahəsidir;

HİDROQOVŞAQ — Yeləşməsinə və uyğun təyinatına ğörə birləşmiş hidrotexniki qurğular kompleksidir;

HİDROQRAFİYA — Burada, su obyeklərinin ümumi təsviri verilməklə, onların mənşəyi, coğrafi vəziyyəti, morfologiyası və s. öyrənilir;

HİDROMETRİYA — Burada, su obyektlərini səciyyələndrən hidroloji kəmiyyətlərin (suyun axma sürəti, sərfi, səviyyəsi, gətirmələr və s.) ölçülməsi və müşahidə olunması üsullarından bəhs olunur;

HİDROGEOLOGİYA—Burada, hidroloji hadisələrin fiziki mahiyyəti və əmələgəlmə qanunauyğunluqları öyrənilir;

HİDROQRAF — Sərfin vaxta görə dəyışməsini göstərən əyriyə deyilir;

MELİORASİYA—Torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqro-meşə meliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır;

İRRİQASİYA (suvarma) — Təbii su çatışmazlığı olan torpaqlarda əkinlərə suyun mühəndis-texniki və digər tədbirlərin aparılması yolu ilə verilməsidir;

MELİORASİYA OLUNMUŞ (olunacaq) TORPAQLAR — Meliorasiya tədbirlərinin aparılması nəticəsində münbitliyi artırılmış (artırılacaq) torpaqlardır;

SUVARILAN TORPAQLAR — Suvarma məqsədi ilə irriqasiya sistemləri və qurğuları ilə təmin olunmuş torpaqlardır;

MELİORASİYA SİSTEMLƏRİ — Meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular və tikililər), habelə qoruyucu meşə əkinləridir;

İRRİQASİYA (suvarma ) SİSTEMLƏRİ — Suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular və tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir;

MELİORASİYA VƏ İRRİQASİYA TƏDBİRLƏRİ — Meliorasiya sistemlərinin, irriqasiya sistemlərinin və ayrılıqda yerləşən hidrotexniki qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması və istismarı, otlaqların su təchizatı, qoruyucu meşə əkinlərinin salınması, mədəni-texniki işlərin, torpaqların fiziki və aqrokimyəvi xassələrinin yaxşılaşdırılması işlərinin aparılması, göstərilən işlərin elmi və istehsal-texniki təminatıdır;

BƏND — Su səviyyəsini qaldırmaq üçün su axınının qarşısını kəsmək məqsədilə və bəzən su axını boyunca tikilən səviyyə qaldıran hodrotexmiki qurğudur, başqa sözlə axının qabağını kəsərək anbara su toplayan tikilidir ;

  a).Torpaq bəndlər — Qrunt materiallarından tikilən və gövdəsi gilli, qumlu, çınqıllı qruntan ibarət olan bəndlərdir;

  b).Qravitasiyalı bəndlər — Qurğuların çəkisi və suyun basqı təsirindən böyuk kütləyə malik olduqlarından bünövrəsində sürüşməyə qarşı lazımi sürüşmə qüvvəsi və dəyanətlik olan bəndlərdir ;

  c).Tağ şəkilli bəndlər — Beton və dəmir-betondan tikilən tağ şəkilli belə bəndlərdə dəyanətlik qayalı sahillərə və bünövrəyə ötürülməsi hesabina yaranır ;

  d).Kontrofos bəndlər — Bir sıra kontrofosdan ( şaquli beton, dəmir-beton və ya metal divarlaradan ) ibarət olub, aralıq müstəvi və ya əyrisəthli formalı konstruksiyalarla örtülür;

  e).Çox tağlı bəndlər — Tağ və ya qübbə şəkilində basqılı arakəsmələri olan kontrofos bəndlərdir;

  ə).Oyuq şəkilli bəndlər — Əsası beton və dəmir-beton divarlardan ibarət olan daş və qruntla doldurulmuş oyuğa bənzər qravitasiyalı bəndlərdir ;

SU OBYEKTI — Relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

SU EHTIYATLARI — Su obyektlərində yerləşən, istifadə edilən və ya istifadə oluna bilən yerüstü və yeraltı suların həcmi;

SU OBYEKTİNİN İSTİFADƏÇİSİ — Su obyektlərindən istifadə hüququ verilmiş fiziki və ya hüquqi şəxs;

SU İSTEHLAKÇISI — Öz ehtiyaclarını təmin etmək üçün su obyektlərinin istifadəçisindən su alan fiziki və ya hüquqi şəxs;

SU TƏSƏRRÜFATI OBYEKTİ — Su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular;

SU OBYEKLƏRİNİN ÇİRKLƏNMƏSİ — Suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və ya axıdılması;

SU OBYEKLƏRİNİN ZİBİLLƏNMƏSİ — Su obyektlərindən istifadəni çətinləşdirən əşyaların, bərk maddə hissəciklərinin müxtəlif çeşidli texnogen mənşəli və məişət tullantılarının tökülməsi;

SULARIN ZƏRƏRLİ TƏSİRİ — Su altında qalma, subasma, müəyyən əraziyə və ya obyektə yerüstü və yeraltı suların digər təsiri;

SU DÖVRANI — Yer kürəsində okean, dəniz, quru sahələri və atmosfer arasında olan fasiləsiz rütubət mübadiləsidir;

SULU HORİZONT — Yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay);

YERALTI SU HÖVZƏSİ — Yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu;

YERALTI SU YATAĞI — Sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi;

TORPAĞIN HİDROTEXNİKİ MELİORASİYASI — İstifadə olunan torpaqda nəmliyin nizamlanmasına yönələn hidrotexniki tədbirlərdir ;

TORPAĞIN SUVARILMASI — Torpağın məhsuldarlığını artirılması məqsədilə onda süni nəmliyin yaradılmasıdır;

TORPAĞIN QURUDİLMASI — Torpaq qatından artıq suların kənarlaşdırılmasıdır ;

TORPAĞIN SU REJİMİ — Suyun torpağa daxil olması, onun hərəkəti, torpaq horizontlarında saxlanması və torpaqdan sərfi ilə bağlı bütün proseslərin məcmusudur;

QURUTMA SİSTEMLƏRİ — Torpağın qurudulması üçün yaradılan hidrotexniki və köməkçi qurğular sistemidir ;

FAYDALI HƏCM — Axının nizamlanma prosesini bilavasitə, tənzim etməklə yanaşı, eyni zamanda hesablama dövründə su anbarından zamanətli su verməni təmin edir;

ÖLÜ HƏCM — Nizamlanmada bilavasitə, iştirak etməyib, su anbarının normal istismarı üçün nəzərdə tutulur;

DAŞQIN ƏLEYHİNƏ HƏCM—çayla gələn daşqın suyunun bir hissəsini özündə saxlamaq və aşağı byefə atılan suyun miqdarını azaltmaq üçün nəzərdə tutulur;

HİDROTEXNİKİ TUNEL — İstənilən məqsəd üçün suyun örtülü yolla yer altından keçirmək üçün istifadə olunan hidrotexniki qurğudur;

AKVEDUK — Suyu maneənin bir sahilindən digər sahilinə nov və bəzən borular vasitəsilə keçirən düzbucaq şəkilli və bəzən yarımdairəvi en kəsiyə malik suötürən tikilidir;

DÜKER — Basqılı boru şəkilində qayaliqların səthi üzərində və ya yer səthindən müəyyən dərinlikdə tikilən hidrotexniki qurğudur;

SU TULLAYICI QURĞU — Su anbarlarında daşqın sularını yuxarı byefdən aşağı byefə ötürmək lazım gəldikdə, eləcə də suvarma kanallarındakı artıq suları suvarılan ərazidən kənarlaşdırmaq və kanalları boşaltmaq məqsədilə istıfadə olunan qurğulardır.

CƏLDAXIDAN — Nov şəkilində suyu böyük surətlə yuxarı kanaldan aşağı kanala aparan biləşdirici qurğudur;

SU AŞIRAN — Üzərindən su axaraq tökülən, horizontal çıxıntılı və ya maneə formalı ( həmin hissədən keçən suyun sərfini ölçmək məqsədilə ) tikilən hidrotexniki qurğudur;

QRUNT SUYU — Tədricən və ya tamamilə qruntun boşluqlarına dolan sudur;

ÇAY – Atmosfer yağıntıları və yeraltı sular hesabına yer səthində əmələ gələn və relyefin aşağı hissələrinə toplanaraq ağırlıq qüvvəsinin təsiri ilə maillik istiqamətində baş verən axar;
-suyunu bilavasitə dəniz və göllərə axıdan çaya əsas çay deyilir;
-əsas çaya qovuşan çaylar,onun birinci dərəcəli qolları, birinci dərəcəli qollara tökülən çaylar isə onun ikinci dərəcəli qolları hesab olunur;
-əsas çay öz qolları ilə birlikdə çay sistemi adlanır;

ÇAY HÖVZƏSİ — Yer səthi və ona müvafiq torpaq və qrunt qatlarından əmələ gələn sular hesabına çayı qidalandıran sahə;

ÇAY VADİSİ — Yer səthindən çay boyunca uzanan və onun mənbəyindən mənsəbinə doğru maili olan, planda əyrü-üyrü görünən çökəkliklərdir;

MEANDIR - Çay yataqlarında rast gəlinən əyriliyə deyilir;

ÇAYIN DELTASI - Çayın dənizə və gölə töküldüyü yerlərdə gətirmələrin çökməsi nəticəsində geniş ərazidə şaxələnərək qollara ayrılan hissəsidir;

TRANSPİRASİYA — Bitki örtüyündən olan buxarlanmaya deyilir;

SƏRF ƏYRİSİ — Hidrometrik kəsimdə suyun sərfi ilə səviyyəsi arasındakı əlaqəni ifadə edən əyriyə deyilir;

GÖL — Zəif su mübadiləsi ilə fərqlənən, okeanlarla birbaşa əlaqəsi olmayan yer səthinin su ilə dolu çuxur və çıkəkliklərinə deyilir. Suni yradılmış gölə su anbarları deyilir. Sahəsi 1 km²-dən az olan kiçik su anbarları və bitki örtüyü ilə örtülmüş az sulu təbii göl nohur adlanır;

BATAQLIQ — Yer səthinin rütubətlə doymuş, torpaqda oksigen çatışmazlığına uyğunlaşan və rütubət sevən bitkilərlə örtülmüs sahələrinə deyilir;

DƏRİNLİK — Suyun sərbəst səthindən şaquli istiqamətdə onun dibinə qədər olan məsafəyə deyilir;

DÖVRÜ SUVARMA NORMASI — Torpaqda bitki üçün lazım olan optimal rütubət tutumu yaratmaq, onun məhsuldarlığını bərpa etmək məqsədilə 1 hektar sahəyə bir dəfə verilən suyun miqdarına deyilir;(m3/ha-la)

VEGETASİYA SUVARMA NORMASAI — Bitkilərin nоrmal inkişafını təmin etmək üçün, vegetasiya dövründə ərazinin hər hektarına verilən suyun miqdarına deyilir;(m3/ha-la)

SU ANBARI — Çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən tikilidir;

SUVARMADA CƏMİ SU TƏLABATI NORMASI — Il ərzində və ya bitkilərin vegetasiya müddəti ərzində əkin sahəsindən buxarlanmaya, transpirasiyaya sərf olunan və kənar edilən suvarma və qrunt sularının ümumi miqdarıdır. Bu sərf suvarma, arat və yağıntı suları ilə bərpa (konpensasiya) olunur;

SUVARMA DÖVRÜ —- Bitkinin bir dəfə suvarılması üçün verilən suyun başlandığı andan sonuna kimi olan müddətdir;

SUVERMƏ ƏMSALI — Həcmi faizlə ifadə edilmiş suyun (100% bərabər qəbul edilmiş) torpağın ümumi həcminə olan nisbətidir. Maksimal qiyməti müəyyən qalınlığa malik olan həcmdə torpağın tam su tutumu ilə tam tarla su tutumu arasındakı fərq kimi təyin edilir. Ölçüsüz kəmiyyətdir;

SU TƏLABATI ƏMSALI — dedikdə, 1 ha-dan 1 sentner əmtəə məhsulu almaq üçün ərazidən buxarlanmaya və transpirasiyaya sərf оlunan suyun ( m3-la) miqdarı nəzərdə tutulur;

ŞORAN TORPAQLAR — Tərkibində mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda suda həll olan duzlar olan torpaqlar adlanır;

TORPAĞIN SU TUTUMU — Torpağın bu və ya digər qüvvələrin köməkliyi ilə özündə daha çox su saxlamaq qabiliyyətidir;

TORPAĞIN DUZ REJİMİ — Torpağın profilində və ayrı-ayrı təbəqələrində asan əriyən duzların hərəkəti və toplanma prosesidir;